Main » 2010 » Noyabr » 30 » `Barselona` `Real`ı rüsvay etdi
3:06 PM
`Barselona` `Real`ı rüsvay etdi
"Barselona” klubu İspaniya çempionatı çərçivəsində "Real”la ev oyununda böyük hesablı qələbə qazanıb. Meydan sahibləri öz qapılarını toxunulmaz saxlayıblar, əvəzində isə İker Kasilyasın qoruduğu qapıdan beş top keçiriblər.

"Kamp Nou”dakı qarşılaşmada "Barselona” hələ 6-cı dəqiqədə hesabı aça blərdi: Lionel Messinin zərbəsindən sonra top qapı dirəyinə dəydi. "Barselona”nın təzyiqləri onunla nəticələndi ki, 10-cu dəqiqədə "Real”ın müdafiə xətti tab gətirə bilmədi. Xavi Adreas İnyestanın ötürməsindən faydalanaraq, meydan sahiblərini hesabda irəli çıxardı-1:0. Amma katalonlar bununla da kifayətlənmədilər. Cəmi 8 dəqiqə sonra Pedro "Real”ın qapısında komandasının ikinci qolunu keçirdi. Birinci hissənin ortalarında komandalar yalnı- basabasla, Kriştiano Ronaldo isə cərimə meydançasında yıxılması və "Barselona”nın baş iəşqçisi Qvrdiola ilə münaqişə ilə yadda qaldı.

İkinci hissədə David Vilyanın 55-ci və 58-ci dəqiqələrdə vurduğu qollar "Barselona”nın üstünlüyünü daha da möhkəmlətdi. Hər iki qolda İspaniya millisinin hücumçusuna məhsuldar ötürmələri Lionel Messi verdi. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə cəmi üç dəqiqə əvvəl meydaan çıxan Jeffren Suares qoydu-5:0.

Oyunda bir qırmızı (Serxio Ramos) və 12 sarı (yeddi dəfə "Real”, beş dəfə "Barselona”) vərəqə göstərildi.

Bu qələbədən sonra "Barselona” turnir cədvəlində "Real”ı qabaqlayıb. "Barselona”nın 34, mövsümdəki ilk məğlubiyyətini alan "Real”ın isə 31 xalı var. Üçüncü pillədəki "Vilyareal” (27 xal) iki nəhəngdən xeyli geri qalır. Qeyd edək ki, "Real” ötən 12 tur ərzində cəmi 6 qol buraxmışdılar.



Category: Football | Views: 1081 | Added by: DarkBlack | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Cümə axşamı, 2024-04-18, 5:59 AM
Welcome Qonaq
Main | Registration | Login
Axtarış
Giriş
Bölmələr
Chata Giriş
Ləqəb:
Parol:

Sorğu
Hansı mobil operatordan istifadə edirsiniz?
Total of answers: 38
Statistika

Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saat
Təqvim
«  Noyabr 2010  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Arxiv
Dost Saytlar
  • Create a free website
  • Hava Haqqında

    Valyuta


    DarkBlack.Tk © 2024
    Hosted by uCoz